Mənə lütf eylə, ey saqi, gətir o cami–sərşariKi, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari.

Nəpüstəm var, nə badamım, nətüxmi – şur, nə neytaqim,Məzə olsun məni – biçizə yarın ləli şəhvari.

De gəlsin məclisə mütrüb, əlində sazü mizrabi,Çalıb tarü dəfi, şad eyləsin mən aşiqi – zari!

Nə kisəmdə zərim vardır, nə ambarımda bir həbbə,Əlim boşdur, üzüm qarə, doyunca mey içim bari.

Nə məllakəm, nətüccarəm, nəxani – mərdümazarəm,Mataim şerdir ancaq, onun da yox xiridari.

Dilim türki, sözüm sadə, özüm səhbayə dildadə,Mənim tək şairin, əlbət, olar kasad bazari.

Dünən şer ilə bir namə apardım şahi–İranə,Dedi: "Torki nəmidanəm, məra to bəççe pəndari?"

Özü türk oğlu türk, əmma deyir türki cəhalətdir,Xudaya, müzməhil qıl təxtidən bu al – Qacari!

Məqtə — şairin təxəllüsü olan son beyt. Ümidim kəsmə, Möcüz, yaz anan təlim edən dildə!Gəzər bir ərməğan tək dəftərin Çini və Tatari.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq