Yandım o şəmiruyünə pərvanələr kimi
Yandım o şəmiruyünə pərvanələr kimi,Oldum əsir zülfünə, divanələr kimi.
Könlümdə saxlaram ləbi-ləlin xəyalını,Meyxanələrdə mey dolu peymanələr kimi.
Qaşınla həmpiyalədi, guya ki, gözlərin,Çəkmişlər tiğ qətlimə məstanələr kimi.
Vurdun bu şişə könlümə səngi-məlaməti,Etdin şikəst yerdə sınıq şanələr kimi.
Olma rəqibə yar, rəva görmə, aşiqinBaxsın kənardan sənə biganələr kimi.
Yıxdın bu könlümün evini bir nigah ilə,Etdin xarab xaneyi-viranələr kimi.
Vahid, deyirlər təzədən meypərəst olub,Xəlqə nişan verim özüm, aya, nələr kimi?
Kitabxana.az · https://kitabxana.az/works/vahid-yandim-o-semiruyune-pervaneler-kimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Arif odur ki, gözləməyə ehtiramını,Rüsvayi-aləm eyləyə öz nəngü namını.
Demədim?Qəyyur əfəndiyə oxşatma*Ay Baba, mən sənə bu mətləbi pünhan demədim?!
GörürəmTazə şəhərdən Qəyyur əyyar əfəndiyə oxşatma*Arifin hər işi dünyada fənadır, görürəm,
XaliMehri-ünqasını qıl, kuhi-vəfadən xali,Kəbəyi-məqsədin et, səyü səfadən xali.
Başqa şairlərin şeirləri · Eşq
Söylədi tarixiniOna tapan bir ozan
Müddəi qövlilə çün kim salmadın gözdən bəniMüddəi qövlilə çün kim salmadın gözdən bəni,Saxlasun, ey sevdügim, Tanrı yəman gözdən səni.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.