Etməz
Ləzzəti-xeyri görən şər işə iqdam etməz,Mərdi-aqil özünü nakəsi-əyyam etməz.
Bir kəs ki ola bil əslü nəsəbdən ali,Aqibət mərd isə kəndisini bədnam etməz.
Mərdi-baqeyrət olan qeyrət ilə gün keçirər.Yəni bir ölmək üçün düşmənə ikram etməz.
Ədlü insafı olan zülm eləməz məzlumə,Rəhmsizlik kişini sahibi-əhkam etməz.
Mərifət badəsini nuş edə hər kimsə əgər,Bir də, zənnimcə, o heç mayili-günfam etməz.
Zahidasa füqəra malına tikməz gözünü,Nücəbazadə özün dəhrdə bədnam etməz.
Vahid, hər kimsə ki, öz nəfü ziyanın bilsə,Olar asudə cahan içrə, günün şam etməz.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-etmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aşiq olalı zülfünə, ey gül, dəliyəm mən,Öldür məni, asudə elə, ölməliyəm mən.
Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.Gülşəndə idim seyrdə, bir yar idi, bir mən.Bir bülbül idi, bir də çəmənzar idi, bir mən.
Könlüm olubdu mail ol yarə, neyləyim mən?Könlüm olubdu mail ol yarə, neyləyim mən?Oldum onun qəmindən biçarə, neyləyim mən?
Çöhrəndə ölüm kölgəsi var, ey qarı düşmənÇöhrəndə ölüm kölgəsi var, ey qarı düşmən,Xalq ordusu çoxdan qazımışdır sənə mədfən.
Başqa şairlərin şeirləri
Bu da bir cür yazı idi, yazdılar,Hər kəlməni tərs uvanda yozdular.
Ey nəşi qalan yerdə, keçən başı eidayəEy nəşi qalan yerdə, keçən başı cidayə,Dur rəhm elə bu əlsiz-əyaqsız üsərayə.
Qamətin tək boy atıb sərv xuraman olmazQamətin tək boy atıb sərv xuraman olmaz,Arizin tək, sənəma, bir guli-xəndan olmaz.
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,