Hurilərin şahı, gözəllər xası,Mələklər qılmanı hanı? - görünməz!Sallanıb ərkinən, nazınan gəzən,Firəngin sultanı hanı? - görünməz.

Əl götürüb aşığından doyan yar,Neştər vurub, bağrım başın oyan yar,Yazıq canım nişanaya qoyan yar,Gəzirəm dünyanı, hanı? - görünməz!

Bağban gərək barın qədrini bilə,Sarvan gərək nərin qədrini bilə,Zərgər gərək zərin dədrini bilə,Qurbanın cananı hanı? - görünməz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq