Azad qadın
Gözəl desən gözələm mən, pəri desən pəriyəm,Məni sevən igidin mən sevimli dilbəriyəm.
Mənim həmişə yerim pak olan könüllərdir,Bilikdə, işdə, ləyaqətdə dillər əzbəriyəm.
Silahım əldə mənim elmdir, maarifdir,Azadlıq əllərinin qəhrəman bir əsgəriyəm.
Şərəfli, sevgili yurdum Sovetlər ölkəsidir,Günəşdən alnı açıq xalqımın münəvvəriyəm.
Əl açsa cəbhəmizə düşmənin gözün ovaram,Faşistə zərbə çalan mərd igid bərabəriyəm.
Mənimlə parlayacaq gənc nəsli yurdumuzun,Bugünkü əsrimizin mən işıqlı ülkəriyəm.
Qanadlanıb uçaram nazənin səmalərdə,Ayın gözəlliyi, ulduzların da zivəriyəm.
Mənim səadətim öz xalqımın səadətidir,Bu bəxtiyar Vətənin mən də nazpərvəriyəm.
Həmişə eşqdə bülbül gülün fədası olur,Vəfalı dilbərimin mən də bir səməndəriyəm.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-azad-qadin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Avropada zənn etmə, səyahətdəyəm indi,Dünya düşünür, mən nə siyasətdəyəm indi.
CeyranvuranlarCeyranı atıb vurmaq, əgərçi qadağandır,Ceyran yatağı Mil düzüdür, bir də Muğandır.
ElanımızıAman, ay Kirpi dayı, aç, oxu peymanımızı,Yaz, bütün hər yerə bildir bizim elanımızı.
Sabirabad pirinəKimdir şəkk eləyən Sabirabad möcüzünə?Gəlməyibdir belə bir möcüzə dünya üzünə!