Bah atonnan! dənizin sirrinə bax,sehrinə bax,Bu qədər məxluq ilə ülfətinə,mehrinə bax!Göydən od yağsa çatır imdadasərin suları.Baş aparsan... göz ağardır sənədərin suları...Boş deyil nəğməli sahilləribir anda belə.Başqa bir aləmi var, lap dəlitufanda belə.Qayğısız, kef-damağa sahilə

cütlər də gəlir,Avara, cibləri boş, şübhəlilütlər də gəlir.Bəzəyib bir dəvəni, ovsarıdartan da gəlir.Nə ağrıdım başını, hoqqaçıxardan da gəlir.Gəlir ömründə dəniz görməyənheyrətli qonaq.Qorxudan qışqırığı ərşə çıxankörpə uşaq.Alaçiy qarğıdalı, qapraqa tum,kola satan -Çoxdur vallah, bu çimərlikdəçimənlərdən inan.Sözümün canı fəqət, heç budeyildir qardaş,Keçmədim mətləbə bəs mənnə üçün lap birbaş.Dəb düşüb indi də sahildəkliplər çəkilirHər klipçin nə qədər istəsələr

xərc tökülür.Operator yazığın çiyni qabarkameradanNə qədər göz yorulur, göz yaşarırkameradan.Dirəyib barmağını gicgahınabir avaraFikr içində bir əda ilə baxırgöy sulara.Millətin yox xəbəri bəli, bu daşair imiş...Aktyor, rəssam imiş, sair... vəsairimiş.Kişinin durduğu yer olmalıhökmən qayalıqDağınıq saçlarına, cüssəsinətən qayalıq.Klipi seyr eləyən dahi biləronda onuBu romantik, bu əsl cazibədarfonda onu.Allı-güllü bu məlakə nə gəzir

bəs buradaOxuyandır... görünür yaxşı çıxırsəs burada.Alı yoxdur, gülü yoxdur dayarımlütdü bu qızYel qapır sözləri ağzından onunsöz də nə söz.Hansı sponsorun əl kuklasıdırkimdi bilən...İzinə kimdi düşən, kimdi güdən,kimdi gələn...Min əda ilə satır da dənizənaz oxuyur.Yoxdu səs, yoxdu boğaz, yoxdu heçavaz oxuyur.Tanımır xalq arasında inan, heç kəsbu kəsiTanıdan bəlkə onu xalqa dənizmənzərəsi.Operator götürür gah yanakıgah çəpəki...Qoy klip min cürə pəstah ilə

dolsun da təkiOperator götürür hər cürəgörkəmdə onu.Yel vurur quş kimi əynindənuçur qısa donuLəpələr də topuğunda elə bilyallı gedir.Bu dəniz gör nə qədər zay-vayıxanəndə edir.Burda hökmən kimi şair, kimi dərəssam olur.Dənizə aldanaraq ömrü-günüaxşam olur...Oxuyur nəğməsini bəmdə Xəzər,zildə XəzərBaxır öz çəkdiyi öz klipinəsahildə Xəzər.

9 sentyabr 2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri