Kiprdə pişiklərinGözü adam gözüdür.Neçin ki, gördükləriElə adam üzüdür.

Adamlarla pişiklərDilsiz danışır burda,Adamlarla pişiklərDostdu-tanışdı burda,

Burda pişiklər şərikAdamın boğazına.İncitsən gedəcəksənCaynağın güdazına.

Burda pişiklər dönürAdamın uşağına

Bir də gördün qəflətənAtıldı qucağına.

Ətirli xoş havadaXumarlanır pişiklər.Sığallanır pişiklərTumarlanır pişiklər.

Dədəman otelininPişikləri rəngbərəng.Dədəman otelininPişikləri şir, pələng.Adamın baxtı kimiPişiyin də bəxti var.Kiprin pişiklərinəBəlkə də qibtə edir,Bəxtiqara adamlar.

Pişiklər günə verirÖzünü saymazyana.Bilmirlər ki: əlvida -Deyirik dədəmana.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri