Ağla, ya ağlama,Yanıq Kərəmi!SinəmiDağla, ya dağlama,Yanıq Kərəmi!İşlər belə getsəBelə qalacaq.Naləylə azalmazMillətin qəmi,İşlər belə getsə.Elə getməsəDünya belə qalıb,Belə qalacaq.

Alıb qucağınaQara baxtını,Sazla səsləyirsən

Qarabağını.Gönü suya verənEy dili qafil,Bu iş bilirsən ki,Saz işi deyil,Yanıq Kərəmi!Qorası sıxılanGöz işi deyilYanıq Kərəmi!

Sazı köynəyə sal,Apar küncə qoy.Qılınca əl aparSazı dincə qoy.Yanıq Kərəmi!Döyüş səhnəsindəMeydana atıl,Səhnə meydanındanHələlik çəkil!Silkələ beynini,Qafa tasını.Bəsdi Qarabağın

Qurdun yasını!Hədər ümidlərinKəndirini kəs.Xoşluqla qaytarmazTorpağı heç kəs!

Ağla, ya ağlama,Yanıq Kərəmi!Düşmən QarabağdaGöyərdib zəmi...Taxıl biçib-döyür.Büllur sularımdanOvucla içir,Oxx-ay da deyir.Sən də, sən də ki,Ağlamağında ol,Çalmağında ol,Baxıb yana-yanaQalmağında ol!

Ay əsliyçin yananYanıq Kərəmi!

Qeyrət xəcaləti,Namus sitəmiBəs niyə öldürmür?Get qisas al da,Get qan al,Qisas al,Gəl, sonra çal da.İçin də özünüYandırır bu gün,Çölün da özünüYandırır bu gün.Odun da özünüYandırır bu gün,Külün də özünüYandırır bu günYanıq Kərəmi!Vallah, qara keşişYaman geydiribOvsunlu köynəyiƏyninə, yaman:Açılır bağlanırQızıl düymələr,

Tilsimli düymələrGör bir haçandan.

Ağla, ya ağlama,Demirəm daha...Ağlama, deyirəmYanıq Kərəmi!Səni and verirəm,Qadir Allaha,Tilsimli köynəyə,Cırma çəkib cır.Tilsim düymələriQoparıban qır,Qır, inamla qır!İntiqamla qır!Qır ki, qara baxtınBoyansın ağa...Yoxsa ki, yoxsa ki,Əlində sazın...Həsrət qalacaqsanSən QarabağaHəsrət qalacaqsan

Sən Qarabağa...Qara baxtımDeyə-deyə,Qarabağım,Deyə-deyə,Yanıq Kərəmi!

7 iyul, 1995

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri