Pilot qardaş, şahinləri göy üzündə havalandır!Bir tərəfi buzlu dəniz, bir tərəfi Savalandırazad əllər bəslədiyi bu baharlı bağçaların,insanlığın, səadətin ana yurdu – bu diyarın.Qara bulud üfüqlərdə baş qaldırdı bizə sarı,uçun göyə, ey yurdumun qızılqanad tərlanları!Göydə vurun, yerdə vurun, yağılara yoxdur aman!Sürünməsin bu torpaqda haçadilli şahmar ilan.Elə vurun, yer titrəsin zərbənizdən yarpaq kimi.Vurun, faşist bayquşları düşsün yerə papaq kimi.Göydə yansın, yerdə yansın ölüm yayan yarasalar.Faşistlərin kirli qanı daşa düşsə yara salar.Elə vurun, yerə girsin, qalmasın bir əsər, nişan,o canavar sürüsündən, yarasalar yuvasından.Şığıyanda şimşək kimi şahinlərim qatar-qatar,dünya görsün, bizdə necə oğul doğur mərd analar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar