Bilirəm, bilmirəm
Şeir yaza bilmirəmneçə gündür,nə qafiyəli,nə qafiyəsiz.Bilmirəm, bilmirəm.
Şeir vəzndirsə – bilirəm,ahəngdirsə – bilirəm.Qafiyə, rədif, təşbehdirsə – bilirəm.Təzaddırsa,fel, sifət, adlıqdırsa – bilirəm.Ancaq,şeir yaza bilmirəmneçə gündür.Fikrim düyün-düyündür.
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-bilirem-bilmirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir