İş günü
İstər yağış çiləsin,istər qızmar gün olsun,istər şaxta;bu gün də iş günüdür,sabah da.İnsanın iş günüazalsa da, çoxalsa da,insanlığın iş günü bitməyəcək.İnsan orbit-orbit gəzəcəkulduzların beşiyini.Səhralara bahar səpək!Günəş tökək yuvamıza!Qaralmasın ömrümüzünnə bir anı, nə beş günü.Ulduzlar yanır.Dəryalar dalğalanır.Tumlar cücərir torpağın qoynunda.Yer kürəmiz fəsil-fəsiltəzələyir dəyşəyini.Tükənmir kainatın iş günü.Dünən də iş günü idi,bu gün də,sabah da olacaq həyatıniş günü.Nə yorğunluq, nə intizar!Nə təqvimi müxtəlif rənglərəayıran olsun.Ömrümüz iş günü,Hər iş günümüz bayram olsun.
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-is-gunu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Səndən xəbər alım, Aşıq Ələsgər,Doqquz nədi, sənətindən xəbər ver?!
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,