Bir qız bir ingilis tapıb,bu xanım o bəyə gedir.Boynuna təzə xaç salıb,məsciddən kilsəyə gedir.

Kürəkən ayqırın biri,qaynana fağırın biri,qız beli yağırın biri,mey içəndi, meyə gedir.

Hayıf, qızların niyyəti,götürmək olmur minnəti.Gah özünü, gah millətişair söyə-söyə gedir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana