Yerin var Şəhidlər xiyabanında
Qonşular evini kirayə verdi,dinlər dilimizə min ayə verdi.Torpağı xan aldı, xan bəyə verdi,bəylərə, xanlara baş əyməlisən.
Taleyin nə deyib, yazan nə yazıb,doğru söz deyibsən, kim qulaq asıb?Ayağından çəkib, başından basıb,başa çıxanlara baş əyməlisən.
Zəmanə qoçular zəmanəsiymiş,seyidlər, hacılar zəmanəsiymiş.Dərvişlər, falçılar zəmanəsiymiş,nəzir yığanlara baş əyməlisən.
Nəriman, nə qədər can var canında,zəiflik, soyuqluq yoxdu qanında.Yerin var Şəhidlər xiyabanında,qanı axanlara baş əyməlisən.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-yerin-var-sehidler-xiyabaninda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
شهید عشق که تنگ است پوست بر بدنشتو خصم بین که به یغما زره برد ز تنش
Gülğülə saldım genə nöhfələki-əxzərəGülğülə saldım genə nöhfələki-əxzərə,Etdi mədəd taleim, yetdi əlim sağərə.
OlaydıVarmadım yarıma, aləm məni bədbəxt saydı,Bəxtiyardım, o, mənim bəxtimə yar olsaydı.
Zəmanə saldi əcəb mohnətu məlalə məniZəmanə saldi əcəb mohnətu məlalə məni,O mahrudən iraq verdi qəm zəvalə məni.