Kiprin ay-ulduzlu torpağındaDörd fəslin dördündə dəBaharlı-yazlı torpağındaBu torpağınBuludlara dirənənƏn uca dağındaAtatürkün heykəliİftixarla dayanırGecələr gündüzlərin işığına boyanırŞah vüqarla dayanırSeyr edir millətininƏzmini-qeyrətiniYenilməz mənliyini,

Qüdsi heysiyyətiniHeykəllərlə doludurYer üzü başdan-başaAtatürkün heykəliDeyil adi tamaşa.O hürriyyət rəmzidirCümhuriyyət rəmzidir.Türkün bərabəri yoxYer üzündə, dünyadaTürk öz vətəndaşının,Yarının-yoldaşınınHarayına yetişdiFövrən çətində-dardaQoymadı qərq olsun oBu aralıq sularda.Atatürkün heykəliƏn zirvədə bərqərarAyaqları altındaCənnət misallı diyar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən