Pompey
Pompey!Sən eyUlu, əzəmətlim viranə,
Tarixdə mədaintək şan-şöhrətli viranə.Mədaindən də qədim, mədaindən də dəhşət,Necə qıyıb, ay allah,Gör necə divan tutub bu şəhərə təbiət.Vezuvi lap indi də kükrəyir hərdən-hərdən...Gözlərini çəkməyir.Üstündən öz əliylə xətt çəkdiyi şəhərdən.
Bizim təzə eramız:Yetmiş doqquzuncu il.İyirmi beşi avqust... gündüz on iki tamam...Vezuvi çaldı təbil,Bu təbil səslərinə baş qoşmadı çox adam.Vezuvi od püskürüb dağı-daşı əritdi,Ərintini qırmızı sellər kimi yeritdiÜzərinə Pompeyin.Yanar lava işlədi ürəyinə Pompeyin,Ciyərinə pompeyin.Küçələrdən od axdı,Axdı... yandırdı-yaxdı...Yandı mehmanxanalar,Yandı divanxanalar.
Yandı mə’bəd,Yandı məktəb,Sirk yandı, bazar yandı,Karvansaralar yandı,Yandı açıq havada açıq amfiteatr,Yandı it, yandı pişik, yandı at, yandı qatır.Vezuvi tüğyan etdi,Dəhşətli təndirində -Bətnindəki canlıdan - yüz yaşlı qocayadək.Bir ins-cins qoymadı, qapqara büryan etdi.Sən ey,Pompey!Səni yandıran lava bu günÜzük qaşında,Medalyon daşındaYanır par-par.Pompeydən xatirə tək onu alır adamlar.Pompey - dövrünə görə yerli-yataqlı şəhər,Elə bil nəfəs alır, canlıdır xərabələr.Hava yaz havasıtək, hər tərəf yaşıl çəmən,Turistlər deyib-gülür, quşlar oxuyur şən-şən.
Evlərin nömrələri, küçələrin adı daİki çörəkxananın ocağı da, odu da...Qalır təkər izləri, qalır nal izləri də,Qalır hovuz, fəvvarə, qalır göl izləri də.
Qulaq hər gün təzə söz eşitməsə kar olar,Pompeydə hamıdan çox kimlər ölsə yaxşıdır?Oğrular və doğrular.Oğrular qarət üçün tərk etməyib şəhəriDeyiblər, “Yarı yolda sönər alov selləri,Biz salamat qalarıqCamaatın varını-dövlətini talarıq,Qaçqınların mülkünə sahib olarıq rahat”.Ancaq ki, heyhat... heyhat...Doğrularsa düşünüb: “düzə ki, yoxdur zaval.Od sönər, lava dönər, sovuşar bu qeylü-qal,Allah da, vezuvi də verər bizlərə nicat!”Ancaq ki, heyhat... heyhat...
Vezuvinin beyninin qurdu tərpənir hərdən,Pompey yaman üşənir oğrun hənirtilərdən.Pompeyə baxa-baxa cahanı düşünürəm.
Bugünkü cahanı mən.Pompeyə baxa-baxa insanı düşünürəm,Bugünkü insanı mən.
Vezuviyə baxa-baxaKürreyi ərzi Pompeyə döndərə bilənNeytron vulkanını düşünürəm,Bütün cavabdehlərin vicdanını düşünürəm.Maral da, qartal da kül olacaq,Dünyanın yalnız daş-divarı salamat qalacaq.Sənə min şükür, Pompey!Ucsuz-bucaqsız xərabələrindəQuşlar oxuyur, çiçəklər sayrışır,Turistlər deyib-gülür, Pompey!
Kitabxana.az · https://kitabxana.az/works/qabil-pompey
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Gəncənin qırğınıGörən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,