Telefonum
Mənim bülbül telefonum -Cəh-cəhin qiyamətdir,Mənim könlümü açanFərəhin qiyamətdir.Neçə dost səsi dolurOtağıma telinlə.Əzizlərim nə yaxşıYadına salır məni?!Zəng çalır, sükunətinƏlinnən alır məni.Telefonda qəlbiməKövrək bir həsrət gəlir;Qayğı-məhəbbət gəlir.Qayğı deyil də nədirXəstənin də dərmanı?!Sükuta bürünməyir,Lal-dinməz görünməyirTelefonumun bir anı.Mənim canlı telefonum,Elə sahibi kimi
Həyəcanlı telefonum.Elə öyrəşmişəm ki,Tanıyıram zənginnən,Səsinin ahənginnən,Bu, nəbi Xəzri olar,Bu, balasadıqdı var.Bu Yusif həsənbəydir,Məsləhətləri aləm.Bu da fikrət sadıqdır, -Yox, yanıla bilmərəm.Hüseyn AbbaszadəyəO qədər yaxınıq bizDeyir: - əşşi, nə zəng ey,Eşidilirik zəngsiz,Ayaz vəfalı təzəŞe’rim üçün zəng çalır;Qolu sınıq şairinTez-tez qeydinə qalır.Telefonum qədimdir,Yoxdur nömrə yazanı.– Qabil, - salam! bəs necə?Anarı göydə tanı.
Hələ qohum-qardaşıMən qoyuram bir yana.Eşq olsun öz səsiyləMəni yada salana!
Əli səmədli zəng çalır,Səsi uzaqdan gəlir.Sanki mərdəkannan yox,Uzaq qazaxdan gəlir.
Mənim canlı telefonum,Elə sahibi kimiHəyəcanlı telefonumMənim səs qonaqlarım!
Zəng çalın, zənginizinCəh-cəhi kəsilməsin,Nə tel qırılsın, nə dəÜnsiyyət əskilməsin.
Zəng çalın - zənginizləGülür üz, əriyir don;Yoxsa nəyimə lazımKüncdə ölü telefon...
20 fevral 2000
Kitabxana.az · https://kitabxana.az/works/qabil-telefonum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
پری در شیشه از آیینه سیمای دگر دارم
Ən şirin nemətAçılan toplara diksinməyiriz...*Sabir*
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
GəlməsinYaqutdan, yəməndən, ləldən, gövhərdən,Yük tutmayan bu bazara gəlməsin!