Ən şirin nemət
Açılan toplara diksinməyiriz...Sabir
Bir ziyafət günü, ya bir ad günügedib cansağlığı arzulayırıq.Şüar eləmişik sağlıq sözünü, –həyatda ən şirin nemət sayırıq.
Ağır cəbhələrdə yıxılan əsgərbayrağı tapşırır yalnız birtəhər.Orda haray çəkir odlar, alovlar,orda cansağlığı arzulamırlar.
Prometey can verib od aldı bir vaxt,həyatın mənası bax, budur, – dedi.Cordano Bruno ölümdən qabaq,Kainat sonsuzdur: – hökmünü verdi.
Kimsə Prometey oldu, yaşadı,kimsə tonqallarda yandı, yaşadı.Kimsə adi əsgər oldu, dünyada,kimsə yaşasa da... öldü dünyada.
Mənə cansağlığı diləməyin, yox,həyatda “ən şirin nemət” o deyil.Dünyada doxsan il, yüz il yaşamaq,necə? Cürətdimi? Cürət o deyil...
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-en-sirin-nemet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Allah-Allah, deyin, ğazilər,Ğazilər, deyin, şah mənəm.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
Mürəbbə: Sənə ey pədərəm bu iki sözüSənə ey pədərəm bu iki sözü,At başı göndərdim Ağa Muraddan.
Qəzəl: Saqın ey qönçə dəhən gül kimi xəndan gəzməSaqın ey qönçə dəhən gül kimi xəndan gəzmə,Dağıdıb zülfü pərişan-pərişan gəzmə