Tale məni əzizləyirsığalı qapaz qarışıq.Külək əsir, yağış döyür,gələn qışdı yaz qarışıq.

Mən bal yedim dadı zəhər,gülüş gördüm yarı qəhər.Mən yas gördüm gülürdülər,mən toy gördüm yas qarışıq.

Tale mənə bata bilmir,qovur hələ tuta bilmir.Nişan alır, ata bilmir, –Kür axır Araz qarışıq.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri