Eyləmə
Tutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,Ərz edirəm, ərzi-halım biləsən,Mənim sirrim xalqa bəyan eyləmə.
Bir sevdadır başa düşmüş, neylərəm,Pıçaq alıb qara bağrım dələrəm,Öldürəyim, səni azad edərəm,Mənim sirrim xalqa bəyan eyləmə.
Xacə yaman olub, onun işidir,Eşqim toyun edən könül quşudur,Sirr saxlamaq Şahmərdan işidir,Mənim sirrim xalqa bəyan eyləmə.
Səhər-səhər sərin yellər istərəm,Dost yanından təzə xəbər istərəm,Səni qızıl qəfəsdə bəslərəm,Mənim sirrim xalqa bəyan eyləmə.
Tutu quşu, sənə qurban olaram,Əl-əl üstə qulluğunda duraram,Leyli aydır: sənə qurban olaram,Mənim sirrim xalqa bəyan eyləmə.
Kitabxana.az · https://kitabxana.az/works/leyli-xanim-eyleme