Evdə arvad olmayandadüymə də qırılır düşür.Yel budağı oynadanda,Yarpaq da ayrılır düşür.

İsti nəfəs, doğma ocaqvarsa, səni qoruyacaq.Yıxılanda xançal, bıçaqqınından sıyrılır düşür.

Nəriman, nələr çəkirsən,torpağa qan-yaş tökürsən.Yam-yaşıl güllər əkirsən,sapından saralır düşür.

17.08.2000

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri