Hər nəfəs gündin yədi-beyza edər izhar sübh,Belədür dəvayi-ecaz etsə Musavar sübh.Mehridin guya ki, bir xurşidvəş yüz göstərirKim, nisar eylər həzaran lölöyi-şəhvar sübh.Guyiya gəlmiş kənarına ömrünün günüKim, qılır hər dəm əyan mundaq sarıq rüxsar sübh.Ta edə rövşən cəhan əhlinə dağ sinəsin,Hər səhərgahını neyçün yakasın yırtar sübh?Kəsrəti-şəbnəmlə olmuşdur libası cümlə yaş,Günə qarşu hər dəm anınçun açar dəstar sübh.Sadiqi, aldanma dəhrin zövqi-sübhü şamınaKim, gedər besyar şamü həm gəlür besyar sübh.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri