Darıxma, sənə qurban,gülüm, gülüşüm mənim.Saçı – sapsarı qızıl,üzü – gümüşüm mənim.

Ürəyinə salma sən,kimdi ki, o eybəcər?Ürəyində olanlarsonra səndən inciyər?!

İkiyə bölünmüşəm, –canımda bir canım var.Səndə bir yuva qurdum,səndə bir ünvanım var.

Üstünə qəm yerisə,qarşıla gülə-gülə.O gülüşü mənə dəaşıla gülə-gülə.

Qəm – üzündə lalədi,saçların şəlalədi.Qəm də bir piyalədi, –nuş elə gülə-gülə.Qoyma xətrinə dəysin, –qəddini kədər əysin,Rəqibin qara geysin, –qəşş elə gülə-gülə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri