Sən burda, mən şəhərdə,hava soyuq, yol uzaq.Evimizdən əzizdirsənin yatdığın otaq.

Dərmanlar – xörəklərin,xalat – təzə paltarın.Həkimlər – əzizlərin,xəstələr – qonşuların.

Sənə xidmət eləmək,burda, xəstəxanada, –alnıma yazılıbmış,qismətim olub o da.

Saçlarını daramaq,sonra paltonu tutmaq,bir az qoluna giribtəmiz havaya çıxmaq...

Mənə sual versələr,deyərdim, həyat nədir.Həyat – həyatda deyil, –sənin gözlərindədir.

Qalxanda yorulursan,yeriş səninki deyil.Özgənin yerişiniöyrənirsən elə bil.

Səadət axtarmışıq,(eh o da bir dərd imiş),yanaşı getməyimizəsl səadət imiş.

Uşağa ana gərək,kişininki qadındı.Yol getsən – o, qüvvətinuçsan – o, qanadındı.Başında tufan olsakişinin –qadın duyur.Fəlakət onu qovur,ildırım onu vurur.

Kövrəlirəm arabir,güc eləyir qəm, qubar.O qədər güldürübsən,bir az ağlat: nə olar!

Kişilər ağlamazlar, –kimsə deyib bir zaman;Məhrum olub o yazıqailə duyğusundan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri