Moskvada Müşfiq gecəsində hörmətliƏziz Şərif məni qucaqlayıb Müşfiqin oğlunaoxşatdı, dedi ki, atana necə oxşayırsan, bilməzdimonun oğlu sağdır... Bu sözlər o vaxtdan,şeir olunca, ürəyimdə dolaşırdı.Müəllif

Dindim, qulağına tanış gəldi səs,güldüm, bu gülüşüm saxladı onu.Dayandım – duruşum, baxdım – baxışım,yeridim – yerişim saxladı onu.

Müşfiqdən danışır bütün bir ölkə,ürəyi doluyuq, Əziz müəllim.Mən yox, şerimizin bir nəsli bəlkə,Müşfiqin oğluyuq, Əziz müəllim.

Hər axşam qoynunda bir səhər yatır,səhərsiz, dünyanın üzü gülməmiş.Bizim sinəmizdə cilidlər yatır,hələ vərəqlərə köçürülməmiş.

Yaş ötür, dəyişir daha nəslimiz,yenidən söz verir zaman Müşfiqə.Ata gözüylə də baxmalıyıq bizoğlumuz yaşında qalan Müşfiqə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri