Məhəbbət deyil
Mən səni görməyə adət etmişəm,Adət məhəbbət deyil!Səni görməyəndə xiffət etmişəm,Xiffət məhəbbət deyil!Sənə min ehtiram, hörmət etmişəm,Hörmət məhəbbət deyil!Gözündə çağlayan mehribanlığaHeyrət etmişəm,Heyrət məhəbbət deyil!Yalvarıram, sən,Məhəbbət umma məndən.Hanı iqtidarım,Məhəbbət tufanına sinə gərənGəncliyimi
Sənə qurban vermək üçünGeri qaytarım?!Geri qaytarım...
Kitabxana.az · https://kitabxana.az/works/qabil-mehebbet-deyil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gəraylı: Bir qiya baxışlı yardan
Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,