“Nə üçün çox istəyirəm mən öz anamı” -Bu barədə yazı yazır sinifdə hamı.Xışıldayır kağız-qələm,Yol çəkir gözlər,Ehtiyatla sıralanır sadəcə sözlər...Hamı gərgin, hamı məşğul,Başlar aşağı,Bütün sinif yazı yazır, göz qoyuram mənBütün sinif... bütün sinif... bəs o uşağıLap küncdəki o uşağı görmürəm nədən?Əllərini niyə vurmur ağdan-qaraya?Kimi çatır lap axıra, kimi yarıya.Qəzəbimi, hiddətimi boğub güc-bəla,İstehzalı təbəssümlə söylədim: - bala!

Görünür ki, öz ananı çox sevdiyindənBu söhbətdən bir kənara çəkilmisən sən?Uşaq baxdı gözlərimə mə’lul, mülayim,Pıçıltıyla: - anam yoxdur, -Dedi, - müəllim!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri