Çaxmağı çək
Sabir RüstəmxanlıyaÇaxmağı çək,
Çırağı yandırmamışam.Qaranlıq vicdanları,Zülmətsevər insanlarıNura boyandırmamışam.Çaxmağı çək,Yansın ürəklərin qurdu,Qaradan-quradan təmizləyəkAna yurdu
Bu çaxmaq ayrı çaxmaqdır,Bunu kim bilməz - axmaqdır.Çaxmağı çək,QığılcımlarındanDan sökülsün,Səhər gülsün,DünyadanƏli üzülənlər gülsün.Çaxmağı çək,Oynamaq istəyirəm,DamarlarımınDonu açılıb,Qaynamaq istəyirəm.
Çaxmağı çək,Oynasın qızlar-oğlanlar.Qaranlıq xəlvətlərdəBıçaqlaşmasınAğılsız dəliqanlılar.
Çaxmağı çək,Qığılcımlar səpilsinUlu sabirin məzarına,Vətənin-xalqınİşıqsız rüzgarına.Əlacsız yürüşlərə,PiketlərəYerlə yeksan daxmalarınXərabəsinə,Təzə məscidlərinMinarəsinə.
Çaxmağı çək,Toy şamları yansın.Əhd-peymanBeş günlük yox,
Ömürlük qaynaqlansın.
Çaxmağı çək,YansınYalançılar,Böhtançılar,Talançılar.Hörümçək toruZirzəmi divarında.Gəmi anbarındaYoxdu bu gün.Haram imarətlərin,Haram əzəmətlərinTavanındadır.Haram yeyənlərinVicdanındadır.Çaxmağı çək,BünövrəsindənYansın haram.Hörümçək torunuÖzüm dəSüpürüb salaram.
Çaxmağı çək, sabir!Oynasın iki şair.Biri cavan,Biri qoca,Biri yüksək,Bir uca.BəlkəArsızlığaQoymuşam özümü?Çaxmağı çək,QamaşdırBu işlərdənSu içməyən gözümü.Düyün açılmayandaKəsilərKəsilməyəndəOda tutular.Çaxmağı çək,Odla açaq düyünləri.Nə yaxşı ki,Allah bizə çox görməyib
Bu toyları, düyünləri...Çaxmağı çək,Çırağı yandırmamışam,Çək, sabir,Çaxmağı çək!
25.07.1999.
Kitabxana.az · https://kitabxana.az/works/qabil-caxmagi-cek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əya mütii-mətai-cahani-buqələmunSənə vəsiyyət edim bir kəlami-xoşməzmun
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Qəzəl: Əldən gedirəm sərvi-xuramanını görcəkƏldən gedirəm sərvi-xuramanını görcəkDildən düşərəm qönçeyi-xəndanını görcək
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə