Yarpaqlar tökülür
– Şeş-qoşa!– Pənc-cahar!Nərd atır qocalarBir şəhər bağındaBir payız çağında.– Bu du-bir!– Bu sələr!Çiskinli bir səhər...Nərdtaxta yaş olurDaşları daş olur.Vururlar səs salmır,Güman ki həzz almırOyundan qocalar...– Pənc-qoşa.– Sə-cahar!– Darıxdım, ağabəy!– Deyirsən dincələk?Sükuta daldılar...Beləcə qaldılarBir qədər.
Nurani üzlərdə,Çeşməkli gözlərdəBir həsrət, bir kədər...Yarpaqlar tökülürSapsarı.Yarpaqlar tökülürCəzb edir onları.– Xəzandır, mirələm!– Görürəm!Yenə yaz gələcək.Çöl-bayır güləcək– Biz necə?– Biz çətin,– Yetişib növbətim,– Növbətin.– Yüz şeş at, yüz beş at,– Burda gəl baş aldat-Hədərdir, mirələm!– Bilirəm.Bir uşaq bu araYanaşdı onlara:Saatı soruşdu.
Baxdılar, gördülərSaat da yatıbdır.Susdular - sükutunMəqamı çatıbdır...
Yarpaqlar tökülürSapsarı,Yarpaqlar örtürlərZərləri, daşları...
Kitabxana.az · https://kitabxana.az/works/qabil-yarpaqlar-tokulur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Göylərin ürəyi nə yaman dolub,Tökür sinəmizə göz yaşlarını.
Tufan səsiQayalara dəyən dalğaToza dönüb sovrulur.
Bircə yerSilindi gözlərimin aynasından surətin,Çəkildi xəyalımın səmasından həsrətin,
TellərÇalın-çarpaz sümüklə, kəllə şəklinə bax sən,O, bizə: - qorun, - deyir təhlükədən, ölümdən;
Başqa şairlərin şeirləri
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
OlduƏyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!