Yazıçı seyid hüseynSatmadı bir nəfəriOtuz yeddidə.Ədibi sındırmadıCəllad işgəncələriOtuz yeddidə.Biri birini çoxuSatdı otuz yeddidə.Satan da, satmayan daBatdı otuz yeddidə.Otuz yeddidə satdı.

Biri birini hamı.Yazıçı seyid hüseynSatmadı bir adamı.Qorxudan bir-birininÇoxu üzünə durdu.Ruhullasa dişiyləTac damarını qırdı...Çoxu nakişi oldu,Çoxu çıxdı naxələf,Satqınları hamıdanƏvvəl etdilər tələf.Satqınlar canlarınıSatın almaq istədi.Can şirindir, neyləsinDiri qalmaq istədi.Diri qalmaq bir ayrı,Yaşamaq ayrı söhbətBir var dipdiri ləkə,Bir də var əbədiyyət.Müşfiqin işgəncəyəNə qədər çatdı tabı?Götürdümü üstünə

Atılan o çirkabı?Bu kəmfürsətO cəlladdanDaha da beşbetərdi.Görən otuz yeddidəKəmfürsətim nə qədərCəlladım nə qədərdi?!

23.02.1999.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri