چون بر شیرین مقرر گشت شاهیفروغ مُلک بر مه شد ز ماهی

Şirinin əlinə çatanda şahlıqÖlkədən hər yana yayıldı işıq.

به انصافش رعیت شاد گشتندهمه زندانیان آزاد گشتند

Ədalətlə etdi rəiyyəti şad,Məhbuslar olundu həbsdən azad.

ز مظلومان عالم جور برداشتهمه آیین جور از دور برداشت

Şəhər qapısından bir bac almadı,Heç bir əkinçidən xərac almadı.

ز هر دروازه‌ای برداشت باجینجُست از هیچ دهقانی خراجی

Zülmdən qurtardı bütün məzlumlar,Dünyada zülmdən qalmadı asar.

مسلم کرد شهر و روستا راکه به‌تر داشت از دنیا دعا را

Dostluğa başladı şəhər, kəndistan,Ona dua xoşdu dünya malından.

ز عدلش باز با تِیهو شده خویشبه یک جا آب خورده گرگ با میش

Ədlindən dostlaşdı kəklik, qaraquş,Gördülər qurd, qoyun həmsöhbət olmuş.

رعیت هر چه بود از دور و پیوندبه دین و داد او خوردند سوگند

Nə var - yaxın, uzaq bütün cəmaətDedilər: "Var bunda səxa, ədalət."

فراخی در جهان چندان اثر کردکه یک دانه غله صد بیش‌تر کرد

Bolluq oldu, hər şey məhsul gətirdi,Bir buğda dənəsi yüz dən yetirdi.

نیت چون نیک باشد پادشا راگُهر خیزد به جای گل گیا را

Şahın niyyətləri xoş olsa əgər,Otdan gül yerinə gövhərlər bitər.

درخت‌ِ بَدْنیت خوشیده شاخ استشه نیکونیت را پی فراخ است

Pis niyyət bir ağac quru budaqdır,Bolluq xoş niyyətdən yaranacaqdır.

فراخی‌ها و تنگی‌های اطرافز رای پادشاه خود زند لاف

Ölkədə qəhətlik, bolluq olurkanO şahın ədlindən verəcək nişan.

ز چشم پادشاه افتاد راییکه بَدْ‌رایی کند در پادشایی

Zalım, pis niyyətli olsa şah əgər,Dünyadan pis adla o köçüb gedər.

چو شیرین از شهنشه بی‌خبر بوددر آن شاهی دلش زیر و زبر بود

Qalmışdı Xosrovdan Şirin xəbərsiz,Bu şahlıq könlünə yatmırdı hərgiz.

اگر چه دولت کیخسروی داشتچو مدهوشان سر صحرا‌رُوی داشت

Varkən Keyxosrovtək dövləti, varı,Başından çıxmırdı eşqin xumarı.

خبر پرسید از هر کاروانیمگر کآرندش از خسرو نشانی

Hər keçən karvandan tuturdu xəbər,Bəlkə də Xosrovdan nişan verələr.

چو آگه شد که شاه مشتری‌بخترسانید از زمین بر آسمان تخت

Eşitdi: şah olmuş artıq bəxtiyar,Yenə əlindədir bütün ixtiyar.

ز گنج‌افشانی و گوهر‌نثاریبه جای آورد رسم دوست‌داری

Xəznə açdı, verdi gövhərdən şabaş,Dostluq yolunda çox saçıldı daş-qaş.

ولیک از کار مریم تنگدل بودکه مریم در تعصب سنگ‌دل بود

Məryəmdən gəlirdi könlünə ələm,Çünki həddən artıq qısqancdı Məryəm.

ملک را داده بُد در رُوم سوگندکه با کس در نسازد مهر و پیوند

Bilirdi ki, Rumda şah edib yəmin,Artıq heç bir eşqə könül verməsin.

چو شیرین از چنین تلخی خبر یافتنفس را زین حکایت تلخ‌تر یافت

Bu acı xəbəri bilincə ŞirinAğzında təlx oldu yediyi şirin.

ز دل‌کور‌ی به کار دل فرو مانددر آن محنت چو خر در گل فروماند

Öz eşqinə özü qalmışdı heyran.Qurtara bilmirdi qəm zindanından.

در آن یک سال کاو فرماندهی کردنه مرغی بلکه موری را نیازرد

Tam bir il sürdüyü şahlıq boyuncaOndan incimədi bir quş, qarınca.

دلش چون چشم شوخش خفتگی داشتهمه کارش چو زلف آشفتگی داشت

Gözütək qəlbi də xumardı hər an,Saçıtək işi də daim pərişan.

همی‌ترسید که‌ز شوریده‌اییکند ناموس عدلش بی‌وفایی

Qorxurdu fikrinin dağınıq çağıPozulsun saldığı ədalət bağı.

جز آن چاره ندید آن سرو چالاککز آن دعوا کند دیوان خود پاک

O canan görmədi bir başqa çara:Buraxsın təxt ilə tacı yadlara

کند تنهارَوی در کار خسروبه تنهایی خورد تیمار خسرو

Xosrov dərgahına tək yola düşsün,Tək olub, yar ilə xəlvət görüşsün.

نبود از رای سستش پای‌بر‌جایکه بی‌دل بود و بی‌دل هست بی‌رای

Qalmamışdı artıq ruhunda taqət,Taqətdən salmışdı onu məhəbbət.

به مولایی سپرد آن پادشاهیدلش سیر آمد از صاحب‌کلاهی

Şahlıq eləməkdən soyudu, doydu,Bir qulu hələlik yerində qoydu.

به گل‌گونِ رونده رخت بربستزده شاپور بر فتراک او دست

Gülgünün belinə yəhər qoyuldu,Şapur, rikabında bir kölgə oldu.

و زان خوبان چو در ره پای بفشردکنیز‌ی چند را با خویشتن برد

Yoldan çıxan zaman Şirin, şübhəsiz,Apardı özüylə bir neçə kəniz.

که در هر جای با او یار بودندبه رنج و راحتش غم‌خوار بودند

Onlar olmuşdular Şirinə yoldaş,Çətinlikdə kömək, rahətdə sirdaş.

بسی برداشت از دیبا و دینارز جنس چارپایان نیز بسیار

Çox ipək götürüb, bir xeyli də pul,Yola düzəldilər sürüləri bol.

ز گاو و گوسفند و اسب و اشترچو دریا کرده کوه و دشت را پر

Öküz, qoyun, dəvə, at qatar-qatar,Dəniz kimi doldu, daşdı səhralar.

وز آن‌جا سوی قصر آمد به تعجیلپسِ او چارپایان میل در میل

Ordan da tələsik tez qəsrə gəldi,Ardınca sürülər elə bil seldi.

دگر ره در صدف شد لؤلؤ‌ تَربه سنگ خویشتن در داد گوهر

Yenə tər mirvari sədəfə girdi,Gövhər yenə daşa pənah gətirdi.

به هور هندو‌ان آمد خزینهبه سنگ‌ستان غم رفت آبگینه

Hindlilər əlinə düşdü xəzinə,Qəm daşına dəydi bu şüşə yenə,

از آن دُر خوش‌آب، آن سنگ سوزانچو آتش‌گاهِ موبد شد فروزان

Bu parlaq dürrdən o daş odlandı,Məbəd ocağıtək alışdı, yandı.

ز روی او که بُد خرم بهار‌یشد آن آتش‌کده چون لاله‌زار‌ی

Şirinin ay üzü sevincli bahar,Atəşkədə ondan oldu laləzar.

ز گرمی کآن هوا در کار او بودهوا گفتی که گرمی‌دار او بود

Şirindəki eşqin hərarətindənO qəsrin havası qızdı deyəsən.

ملک دانست کآمد یار نزدیکبدید امّید را در کار نزدیک

Şah eşitdi Şirin yaxına gəlmiş,Ümidi canlandı: "Düzələcək iş!"

ز مریم بود در خاطر هراسشکه مریم روز و شب می‌داشت پاسش

Məryəmin qorxusu gətirirdi qəm,Çünki gecə-gündüz güdürdü Məryəm.

به مهد آوردنش رخصت نمی‌یافتبه رفتن نیز هم فرصت نمی‌یافت

Qəsrə gətirməyə rüsxəti yoxdu,Yanına getməyə fürsəti yoxdu.

به پیغامی قناعت کرد از آن ماهبه بادی دل نهاد از خاک آن راه

Uzaqdan alırdı o aydan soraq,Ordan əsən yeli güdürdü ancaq.

نبودی یک زمان بی‌یاد دل‌داروز آن اندیشه می‌پیچید چون مار

Yadından çıxmırdı Şirin bircə an,Yanıb qıvrılırdı sanki bir ilan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə