دگر ره گفت کای دریای دُربارچو دُر صافی و چون دریا عجب‌کار

Xosrov yenə dedi: "Ey müdrik insan.Bütün sirrlər sənə əyandır, əyan!

عجب دارم ز یارانی که خفتندکه خواب دیده را با کس نگفتند

Neçin yatmışlardan durmadı biri,Danışsın ta bizə gördüyü sirri?!

همه گفتند چون ما در زمین آینگوید کس چنین رفتم چنین آی

Dedilər ya gündüz, ya da gecə gəl,Başa salmadılar ancaq necə gəl!"

جوابش داد دانای نهانیکه نقد این جهانست آن جهانی

Cavab verdi: "O səs haqqın səsidir,Axirət dünyanın nəticəsidir.

نگنجد آن ترنم اندرین سازمخالف باشد ار برداری آواز

Elə nəğmələrçün deyildir bu saz,Səsini ha qaldır, bu saza uymaz.

نفس در آتش آری دم بگیردو گر آتش در آب آری بمیرد

Odu üfürəndə alışıb yanar,Suya bassan sönər, böyük hökmdar!"

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri