İqbalnamə, fəsil 46
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
ببار ای مغنی نوایی شگفتگرفته رها کن که خوابم گرفت
Müğənni, çal, sənə heyran olum mən,Ayrılım bu vaxtsız mürgüləməkdən!
وگر زان ترنم شوم خفته نیزنبینم مگر خواب آشفته نیز
Bəlkə nəğmələrin ola mənə yar,Nə yatam, nə görəm qorxunc röyalar!
چو آمد گه عزم فرفوریوسبنه بر شتر بست و بنواخت کوس
Fərfuriyus köçmək əmrini aldı,Dəvəni yükləyib, təblini çaldı.
به همصحبتان گفت کاین باغ نغزکه منظور چشم است و ریحان مغز
Dedi dostlarına: "Bu bəzəkli bağReyhan ətirlidir, gözəldir, ancaq
چو پایندگی نیستش در سرشتچه تاریک دوزخ چه روشن بهشت
Fanidir, o bir gün gedəcək bada.Cəhənnəm olsa da, behişt olsa da!
ز دانایی ماست ما را هراسکه از رهزن ایمن نشد رهشناس
Bizə bilikdəndir hər qorxu, bəla,Yolbilən arxayın düzəlməz yola!
کمانگر همیشه خمیده بوَدقبا دوز را قب دریده بود
Qozbel olar bütün yay qayıranlar,Dərzinin paltarı yamaqlı olar!
ترازوی چربش فروشان به رنگبود چرب و چربی ندارد به سنگ
Yağ satanın qabı yağlı görünər,Evində yağ olmaz bir zərrə qədər!
همه ساله محملکش بار گنجنیاساید از محنت و درد و رنج
Xəzinə yükünü çəkərsə hər kəs,Ömründə dərd-qəmdən dincələ bilməz!"
چو پرداخت زین نقش پرگار اوکشیدند خط نیز بر کار او
Pərgarı nəqşədən üzüldü, bu dəmOnun da ömrünə çəkildi qələm...
Kitabxana.az · https://kitabxana.az/works/nizami-iqbalname-46
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əzəldən dövr edən bu dünya beləXosrov kimi bir şah görməmiş hələ.
Xosrov və Şirin, fəsil 65Şahlar qaydasınca bir gözəl sabahBir işrət məclisi qurdu şahənşah.
Xosrov və Şirin, fəsil 66Xosrov bilirdi ki, həmişə ŞapurŞirinin dərdini yaxşı ovudur.
Xosrov və Şirin, fəsil 67Qızıl bayrağını açanda aləm,Dağılmış qoşuntək qaçıb getdi qəm.
Başqa şairlərin şeirləri
Ey bivəfa, qoyubsan əcəb qalə tək məni,Hicran odun əhatə edib halətək məni.
Rəhmə gəl, eyləmə bu könlümü viran, qara gözRəhmə gəl, eyləmə bu könlümü viran, qara göz,Qorx xudadan, bu qədər eyləmə tüğyan, qara göz,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"