درآرای مغنی سرم را ز خواببه ابریشم رود و چنگ و رباب

Müğənni, çal rudu, gəl, dadıma çat,Məni bu amansız yuxudan oyat!

مگر کاب آن رود چون آب رودبه خشگی کشی تری آرد فرود

Bəlkə rudun səsi axar çay kimiSoyutsun susamış yanar qəlbimi!

چو سقراط را رفتن آمد فرازدو اسبه به پیش اجل رفت باز

Vaxt çatdı, Sokrat da düzəldi yola,Əcəlin önünə çapdı dördnala.

شنیدم که زهری برآمیختندنهانی دلش در گلو ریختند

Deyirlər: gizlicə düzəldib zəhər,Özündən xəbərsiz ona verdilər.

تن زهر خوارش چو شد دردمندبه سوی سفر بزمه‌ای زد بلند

Bundan xəstələnib səfər edərkənBir şadlıq nərəsi çəkdi ürəkdən,

چنین گفت چون مدت آمد به سرنشاید شدن مرگ را چاره‌گر

Dedi ki: "Çatarsa vaxtı ölümün,Ona çarə etmək deyildir mümkün!

در آن خواب که‌افسرده بالین بودنشست یکایک به پایین بود

Bu solğun balışa dünyada bir-birHamı baş qoyaraq, dincələcəkdir!"

چو دیدند کان مرغ علوی خرامبرون رفت خواهد بزودی ز دام

Yüksəklik aşiqi o quş durmadan,Gördülər, uçacaq indi bu tordan.

به سقراط گفتند که‌ای هوشمندچو بیرون رود جان ازین شهر‌بند

Dedilər Sokrata: "Canın bədəndənÇıxanda, ey alim, bilirsən ki, sən

فرومانَد از جنبش اعضای توکجا به بوَد ساختن جای تو‌؟

Gedəcək əlindən hər iqtidarın,De, harda qazılsın sənin məzarın?"

تبسم کنان گفتشان اوستادکه بر رفتگان دل نباید نهاد

Gülərək söylədi onlara ustad:"Burdan gedənləri etməyin heç yad.

گَرَم باز یابید‌، گیرید پایبه‌هرجا که خواهید‌، سازید جای

Mənimçün nə fərqi burdakı yerin?Harda istəsəniz orda yer verin,

درآمد بدو نیز طوفان خوابفرو برد چون دیگران سر به آب

Ona da bir yuxu tufanı çatdı,Bəxtinin yelkəni sularda batdı.

شدند آگه آن زیرکان در نهفتکه استاد دانا بدیشان چه گفت

Ordakı zirəklər bildi o saatNə dedi onlara o böyük ustad.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri