Xosrov və Şirin, fəsil 88
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
حکایت بر گرفته شاه و شاپورجهان دیدند یکسر نور در نور
پری پیکر برون آمد ز خرگاهچنان کز زیر ابر آید برون ماه
چو عیاران سرمست از سر مهربه پای شه در افتاد آن پریچهر
چو شه معشوق را مولای خود دیدسر مه را به زیر پای خود دید
ز شادی ساختش بر فرق خود جایکه شه را تاج بر سر به که در پای
در آن خدمت که یارش ساز میکردمکافاتش یکی ده باز میکرد
چو کار از پایبوسی برتر آمدتقاضای دهنبوسی بر آمد
از آن آتش که بر خاطر گذر کردترشرویی به شیرین در اثر کرد
ملک حیران شده کان روی گلرنگچرا شد شاد و چون شد باز دلتنگ؟!
نهان در گوش خسرو گفت شاپورکه گر مه شد گرفته، هست معذور
برای آنکه خود را تا به امروزبهنام نیک پرورد آن دلافروز
کنون ترسد که مطلقدستی شاهنهد خال خجالت بر رخ ماه
چو شه دانست کان تخم برومندبدو سر در نیارد جز به پیوند
بسی سوگند خورد و عهدها بستکه بی کاوین نیارد سوی او دست
بزرگان جهان را جمع سازدبه کاوین کردنش گردن فرازد
ولی باید که می در جام ریزدکه از دست این زمان آن برنخیزد
یک امشب شادمان با هم نشینیمبه روی یکدیگر عالم ببینیم
چو عهد شاه را بشنید شیرینبه خنده برگشاد از ماه پروین
لبش با دُر به غواصی در آمدسر زلفش به رقاصی بر آمد
خروشِ زیورِ زر تاب دادهدماغ مطربان را خواب داده
لبش از می قدح بر دست کردهبه جرعه ساقیان را مست کرده
ز شادی چون تواند ماند باقیکه مه مطرب بود خورشید ساقی
دل از مستی چنان مخمور ماندهکز اسباب غرضها دور مانده
دماغ از چاشنیهای دگر نوشز لذت کرده شهوت را فراموش
بخور عطر و آنگه روی زیبادل از شادی کجا باشد شکیبا؟
فرو مانده ز بازیهای دلکشدر آب و آتش اندر آب و آتش
کششهایی بدان رغبت که بایدچو مغناطیس کهآهن را رباید
ولیکن بود صحبت زینهارینکردند از وفا زنهار خواری
چو آمد در کف خسرو دل دوستبرون آمد ز شادی چون گل از پوست
دل خود را چو شمع از دیده پالودپرند ماه را پروین بر آمود
به مژگان دیده را در ماه میدوختمگر بر مجمر مه عود میسوخت
گهی میسود نرگس بر پرندشگهی میبست سنبل بر کمندش
گهی بر نار سیمینش زدی دستگهی لرزید چون سیماب پیوست
گهی مرغول جعدش باز کردیز شب بر ماه مشکانداز کردی
گه از فرق سرش معجر گشادیغلامانه کلاهش بر نهادی
گه از گیسوش بستی بر میان بندگه از لعلش نهادی در دهان قند
گهی سودی عقیقش را به انگشتگه آوردی زنخ چون سیب در مشت
گهی دستینه از دستش ربودیبه بازو بندیاش بازو نمودی
گهی خلخالهاش از پای کندیبهجای طوق در گردن فکندی
گه آوردی فروزان شمع در پیشدرو دیدی و در حال دل خویش
گهی گفتی تنم را جان تویی توگهی گفت این منم من آن تویی تو
دلش در بند آن پاکیزه دلبندبه شاهد بازی آن شب گشت خرسند
نشاط هر دو در شهوت پرستیبه شیر مست ماند از شیرمستی
صدف میداشت درج خویش را پاسکه تا بر دُر نیفتد نوک الماس
ز بانگ بوسههای خوشتر از نوشزمانه ارغنون کرده فراموش
دهلزن چون دهل را ساز میکردهنوز این لابه و آن ناز میکرد
بدینسان هفتهای دمساز بودندگهی با عذر و گه با ناز بودند
به روز آهنگ عشرت داشتندیدمی بیخوشدلی نگذاشتندی
به شب نرد قناعت باختندیبه بوسه کعبتین انداختندی
شب هفتم که کار از دست میشدغرض دیوانه، شهوت مست میشد
ملک فرمود تا هم در شب آن ماهبه برج خویشتن روشن کند راه
سپاهی چون کواکب در رکابشکه از پری خدا داند حسابش
نشیند تا به صد تمکینش آرندچو مه در محمل زرینش آرند
چنان کاید به برج خویشتن ماهبه قصر خویشتن آمد ز خرگاه
چو رفت آن نقد سیمین باز در سنگز نقد سیم شد دست جهان تنگ
فلک بر کرد زرین بادبانینماند از سیم کشتیها نشانی
شهنشه کوچ کرد از منزل خویشگرفته راه دارالملک در پیش
به شهر آمد طرب را کار فرمودبرآسود و ز می خوردن نیاسود
به فیض ابروی سیما درخشیجهان را تازه کرد از تاج بخشی
درآمد مرد را بخشنده داردزمین تا در نیارد بر نیارد
نه ریزد ابر بی توفیر دریانه بیباران شود دریا مهیا
نه بر مرد تهیرو هست باجینه از ویرانه کس خواهد خراجی
شبی فرمود تا اختر شناسانکنند اندیشهٔ دشوار و آسان
بجویند از شب تاریکتارَکبه روشنخاطری، روزی مبارک
که شاید مهد آن ماه دلفروزبه برج آفتاب آوردن آن روز
رصدبندان بر او مشکل گشادندطرب را طالعی میمون نهادند
Xosrov ilə Şapur danışan zamanGördülər qərq oldu bir nura cahan.
Çadırından çıxdı o nazlı dilbər,Çıxdı buludlardan elə bil qəmər.
Sərxoş əyyar kimi göstərib ülfət,Səcdə etdi şaha o gözəl afət.
Şah məşuqəsini ayaqda görcək,Başını dürrünü torpaqda görcək.
Yer verdi başında o şux marala,Gərək şahın tacı başında ola.
Əvəz verdi onun xidmətlərinə,Birə on qat desəm, az olar yenə.
Mehribanlıq etdi, öpdü torpağı,Sonra da istədi öpsün dodağı.
Xosrovun ürəyi şölələnirkən,Şirinin qaşları çatıldı birdən,
Şah heyran qalmışdı: bu gülrəng sifətNeçin tez tutuldu, nədir bu illət?
Pıçıltıyla şaha söylədi Şapur:"Əgər ay tutuldu, üzrü var, odur.
Çünki bu günəcək o qəlb parladanYaxşı ad saxlamış eldə hər zaman.
İndi qorxur şahın hissi, xəyalı,Ay üzünə qoysun xəcalət xalı."
Şah baxdı xoş barlı ağac toxmuna,Gördü ki, peyvəndsiz əl yetməz ona.
Əhd etdi, söz verdi, and içdi, hərgizOna əl vurmasın əsla kəbinsiz.
Toplasın dünyanın böyüklərini,Nikahla bənd etsin o dilbərini.
Lakin bu tədbirə bir az vaxt gərək,İndiki camıma mey töksün, içək.
Açılsın alnımız, şad olaq bir az.Belə xoş gecəni boş qoymaq olmaz.
Şahın ilqarından Şirin oldu şən,Ülkəri götürdü ayın üzündən.
Şadlanıb gülərək həvəsə gəldi,Saçının hər teli bir rəqsə gəldi.
Qızıl bəzəklərin səsindən guyaOxuyub çalanlar getdi yuxuya.
Qızardı şərabtək pənbə dodaqlar,Hamı bir qurtumdan oldu məst, xumar
Ay çalğıçı olsa, günəş də saqi,Şadlıqdan, nəşədən nə qalar baqi?
Ürək xumar oldu sərxoşlanaraq,Gizli məqsədlərdən qaldılar uzaq.
Bal kimi öpüşdən ləzzət çəkərək,Dimaq unutmuşdu şəhvəti gerçək.
Xoş ətir qoxusu, gözəl üz ola,Qəlb ona uymazmı, dərdi yüz ola?
Onlar bu oyundan çox yorğun düşdü,Elə bil su gəlib odla qovuşdu.
Bu həvəs artıran cazibə, bişəkk,Təsir göstərirdi ahənrübatək.
Ancaq əhd olmuşdu, böyükdü ilqar,Onlar bu ilqarı sındırmadılar.
Dostunun qəlbini əldə edərkənŞah gültək açıldı sevindiyindən.
Könlünü göz yaşı ovutdu şamtək.Aya ulduz saçdı o ətək-ətək.
Kirpiklə gözünü dikmişdi oda,Sanki ud yanırdı ay manqalında.
Gah sürtür nərgizin al qumaşına,Gah sünbül saçını sarır başına.
Əl vururdu gümüş narına bəzən,Civətək əsirdi naz-qəmzəsindən.
Qıvrım saçlarını bəzən açırdı,Saçları da aya ətir saçırdı.
Başından çarqatı bəzən açaraq,Oğlantək qoyurdu başına papaq.
Gah dolayır belə gur saçlarını,Gah əmir ləbinin şirin balını.
Gah əqiq dodağa könül salırdı,Gah alma çənəni ələ alırdı.
Bəzən qolbağını qapır əlindən,Bazubəndi ilə oynardı bəzən.
Ayaqdan xalxalı gah götürərəkSalırdı boynuna gümüş halqatək.
Bəzən yanar şamı ortaya qoyur,Onda öz qəlbinin halını duyur,
Bəzən söyləyirdi: "Canım da sənsən!"Bəzən söyləyirdi: "Bu mənəm, o sən?"
O, qəlb əsir edən hiylə qurmadı,Nəfsini saxlayıb əhdi qırmadı.
Hər biri olmuşdu qızışmış bir şir,Ancaq olmadılar şəhvətə əsir.
Dürrünə olmuşdu sədəf qoruqçu,Dəyməsin o dürrə almazın ucu.
O şirin busələr səslənən zamanƏrqənun səsini unutdu dövran.
Səhərin təbili çalana qədərGah gileyləndilər, gah naz etdilər.
Belə keyf çəkdilər bir həftə tamam,İşləri üzr idi, naz idi müdam.
Gündüz keyf məclisi, şərab, çalğı, səs,Nəşəsiz keçmirdi orda bir nəfəs.
Gecə başlanırdı qənaət nərdi,Hər bir şirin öpüş ona bir zərdi.
Yeddinci gecədə tükəndi taqət,Arzu bir dəliydi, sərxoşdu şəhvət.
Şah buyruq verdi ki, o ay bu yerdənGetsin öz bürcünə hələ gecəykən.
Otursun ortada, yüz təmtəraqlaQızıl kəcavədə salınsın yola.
Ona qoşun qoşdu ulduzlar qədər,Onun hesabını bir allah bilər.
O gümüş qayıdıb, daşlıqda qaldı,Sanki gümüş puldan dünya boşaldı.
Qızıl yelkənini qaldırdı fələk.Gümüş gəmilər də yox oldu tək-tək.
Şah düşərgəsindən yola düzəldi,Öz qoşunlarıyla paytaxta gəldi.
Ağzından getməmiş şərabın dadı,Şəhərə gəlincə şadlıq başladı.
Bir ay sifətlinin qara qaşlarıBəxşişlə bəzədi bütün diyarı.
Səxavətli edər kişini dövlət,Yer zəngin olmasa, bar verməz, əlbət.
Dənizlər olmasa, yağmaz buluddan,Yağış da yağmasa, yaranmaz ümman.
Cibi boş olandan bir bac alınmaz,Köhnə xarabadan xərac alınmaz.
Şah dedi: "Bir gecə qoy münəccimlərYaxşıya, yamana baxsın bir qədər.
Qaranlıq gecəyə göz gəzdirərək.Bir gün seçsinlər ki, olsun mübarək.
Ay kəcavəsini salıb o günə,Bəlkə də gətirək günəş bürcünə."
Münnəcimlər xeyli ölçüb biçdilər,Toy üçün uğurlu bir gün seçdilər.
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-88
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O göylər pərisi günəş yananda,Səhər pərdəsindən baş qaldıranda
Leyli və Məcnun, fəsil 28İbn-Səlamın dastanıMəna dənizinin qəvvası insan
Leyli və Məcnun, fəsil 29Leylinin ərə getməsindən Məcnunun xəbər tutmasıBağdad ellərinin söz yaradanı
Leyli və Məcnun, fəsil 30Atasının Məcnunun görüşünə getməsiFars nəslindən olan şirin dil dehqan
Başqa şairlərin şeirləri
Yenə, ey gözləri məftun, sənə məftunəm mən,Zarü məhzunü digərgunü ciyərxünəm mən.
Salma bu qəra zülfünü rüxsarə, amandırSalma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
DüşmüşəmAman Allah, dada yetiş,Gör, nə bəlaya düşmüşəm.
Gəraylı: Ey saqi, dolana-dolanaEy saqi, dolana-dolana,Dolduruver müştaq olana,