به پیروزی چو بر پیروزه‌گون تختعروس صبح را پیروز شد بخت

جهان رست از مرقّع پاره کردنعروس عالم از زر یاره کردن

شه از بهر عروس آرایشی ساختکه خور از شرم آنْ آرایش انداخت

هزار اشتر سیه چشم و جوان سالسراسر سرخ موی و زرد خلخال

هزار اسب مرصع گوش تا دمهمه زرین ستام و آهنین سم

هزار استر ستاره‌چشم و شب‌رنگکه دوران بود با رفتارشان لنگ

هزاران لعبتانِ نار پستانبه رخ هر یک چراغ بت‌پرستان

هزاران ماهرویان قصب‌پوشهمه دُر در کلاه و حلقه در گوش

ز صندوق و خزینه چند خروارهمه آکنده از لؤلؤی شهوار

ز مفرش‌ها که پُر دیبا و زر بودز صد بگذر که پانصد بیشتر بود

همه پر زر و دیباهای چینیکز آنسان در جهان اکنون نبینی

چو طاووسان زرین ده عماریبه هر طاووس در کبکی بهاری

یکی مهدی به زر ترکیب کردهز بهر خاص او ترتیب کرده

ز حد بیستون تا طاق گَراجنیبت‌ها روان با طوق و هرا

زمین را عرض نیزه تنگ دادههوا را موج بیرق رنگ داده

همه ره موکب خوبان چون شهدعماری در عماری مهد در مهد

شکرریزان عروسان بر سر راهقصبهای شکرگون بسته بر ماه

پریچهره بتانِ شوخ دلبندز خال و لب سرشته مشک با قند

به‌گِردِ فرق هر سرو بلندیعراقی‌وار بسته فرق‌بندی

به پشت زین بر اسبان روانهز گیسو کرده مشگین تازیانه

به گیسو در نهاده لؤلؤ زرزده بر لؤلؤ زر لؤلؤ تر

بدین رونق بدین آیین بدین نورچنین آرایشی زو چشم بد دور

یکایک در نشاط و ناز رفتندبه استقبال شیرین باز رفتند

بجای فندق افشان بود بر سردرافشان هر دُری چون فندقِ تر

به‌جای پرهٔ گل نافهٔ مشکمرصع لؤلؤ تر با زر خشک

همه ره گنج‌ریز و گوهر‌اندازبیاوردند شیرین را به صد ناز

چو آمد مهد شیرین در مدائنغنی شد دامن خاک از خزائن

به هر گامی که شد چون نوبهار‌یشهنشه ریخت در پایش نثار‌ی

چنان کز بس درم‌ریزان شاهیدرم روید هنوز از پشت ماهی

فرود آمد به دولت‌گاه جمشیدچو در برج حمل تابنده خورشید

ملک فرمود خواندن موبدان راهمان کار آگهان و بخردان را

ز شیرین قصه‌ای بر انجمن راندکه هر کس جان شیرین بر وی افشاند

که شیرین شد مرا هم جفت و هم یاربه هر مهرش که بنوازم سزاوار

ز من پاکست با این مهربانیکه داند کرد ازینسان زندگانی

گر او را جفت سازم جای آن هستبدو گردن فرازم رای آن هست

می آن بهتر که با گل جام گیردکه هر مرغی به جفت آرام گیرد

چو بر گردن نباشد گاو را جفتبه گاوآهن که داند خاک را سفت‌‌؟!

همه گَرد از جبین‌ها بر‌گرفتندبر آن شغل آفرین‌ها برگرفتند

گرفت آنگاه خسرو دست شیرینبر خود خواند موبد را که بنشین

سخن را نقش بر آیین او بستبه رسم موبدان کاوین او بست

چو مهدش را به مجلس خاصگی داددرون پرده خاصش فرستاد

Firuzə göylərə işıq saçıldı,Sübhün gəlininin bəxti açıldı.

O gəlin özünə verib yaraşıq -Çıxdı pərdəsindən, yayıldı işıq.

Bir bəzək düzəltdi Xosrov gəlinçin.Günəş xəcalətdən büküldü çin-çin.

Min qaragöz dəvə üstü yun şallı,Tükləri qırmızı, sarı xalxallı,

Min cavan köhlən at üstə yaraqlı,Saf qızıl yəhərli, dəmir dırnaqlı,

Min baş qara rəngli ulduzgöz qatırKi, cövlan edəndə fələyə çatır.

Minlərlə nar məmə, şux, gözəl pəri.Bütpərəst şamıydı qəşəng üzləri.

Minlərlə ay üzlü, ipək libaslı,Qulaq zər halqalı, papaq almazlı,

Min sandıq, min xəznə - içi cavahir,Şaha layiq sovqat düzüldü bir-bir.

Qızıl, ipək dolu məfrəşi, tayı,Yüz nədir, beş yüzdən artıqdır sayı.

On kəcavə vardı tovuz quşutək,Hərəsində bir qız - kəklikdən göyçək.

Bir kəcavə vardı Şirinçün ayrı,Qızıldandı onun içi, bayırı.

Taqi-Kəsradan ta BisütunacanQızıl qotaz atla dolmuşdu hər yan.

Nizələr pozmuşdu yer ahəngini,Bayraqlar dəyişdi göyün rəngini.

Parlaq kəcavələr, təxti-rəvanlar -İçində gözəllər, igid cavanlar.

Yola şabaş səpən gözəllər yenəZərbəf salmışdılar ay üzlərinə.

Ürək əsir edən nə qədər gözəl.Ceyran göz, müşki xal, ay üz, gümüş əl.

Hər bir sərv boylunun başındasa varIraqlılar kimi gözəl çutqular.

Köhlənlər belində qızlar gedirdi,Saçlarını sanki qamçı edirdi.

Saçlara düzülmüş qızıl cərgələr.Qızıl cərgələrdə mirvarilər tər.

Belə bir cəlalla, bu dəbdəbəyləYaman göz dəyməsin bu canlı selə.

Min işvə qataraq hərə nazınaGetdilər Şirinin pişivazına.

Yol boyu zər səpib, gövhər tökərəkNazla gətirildi o şirin mələk.

Gəlib çatan zaman o Mədainə,Xəznəyə dönmüşdü torpaqlar yenə.

Bir xoş bahar kim Şirin keçirkən,Şabaş səpirdi şah yola bir əldən.

Şah pul səpdiyiçün hey yığın-yığınHələ də üstündə pul var balığın.

Cəmşid dərgahına gələndə məhvəş,Həməl bürcündəydi o zaman Günəş.

Xosrov əmr etdi ki, möbidlər gəlsin,Müdriklər toplansın, məclis düzəlsin.

Şah dedi Şirinin hekayəsini,Hamı heyran qalıb, kəsdi səsini.

Şah dedi: "Şirinə olmuşam aşiq,Hər cürə hörmətə layiqdi, layiq.

Mənə mehribandır, özü saf, təmiz,Kim yaşayar belə azad, ləkəsiz.

Qoy hərəmim olsun, sarayda qalsın.Onunla fəxr edim, başım ucalsın.

Mey gül ilə xoşdur tuta birgə cam,Hər quş öz cütüylə tez olar aram.

Öküz cüt olmasa kotanda əgər,Tək öküzlə, deyin yeri kim sürər?"

Hamısı sevindi, hamı oldu şən.Dedilər: "Afərin bu işə, əhsən!"

Əlindən tutaraq Şirininin şahƏmr etdi möbidə kəsilsin nikah.

Lazımi hazırlıq görüb gəlinçin,Möbid qaydasıyla kəsildi kəbin.

Edincə Şirini şah öz gəlini,Hərəmə göndərdi o nazənini.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri