نکیسا چون ز شاه آتش برانگیختستای باربد آبی بر او ریخت

به استادی نوایی کرد بر کارکز او چنگ نکیسا شد نگونسار

ز ترکیب ملک برد آن خلل رابه زیرافکن فرو گفت این غزل را

ببخشای ای صنم بر عذرخواهیکه صد عذر آورد در هر گناهی

گر از حکم تو روزی سر کشیدمبسی زهر پشیمانی چشیدم

گرفتم هرچه من کردم گناه‌ستنه آخر آب چشمم عذرخواه‌ست‌؟

پشیمانم ز هر بادی که خوردمگرفتارم به هر غدری که کردم

قلم در حرف کش بی‌آبی‌ام راشفیع آرم به تو بی‌خوابی‌ام را

ازین پس سر ز پایت برندارمسر از خاک سرایت بر ندارم

کنم در خانه یک چشم جایتبه دیگر چشم بوسم خاک پایت

سگم وز سگ بتر پنهان نگویمگرت جان از میان جان نگویم

نصیب من ز تو در جمله هستیسلامی بود و آن در نیز بستی

اگر محروم شد گوش از سلامتزبان را تازه می‌دارم به نامت

در این تب گرچه بر نارم فغانیگرم پرسی‌، ندارد هم زیانی

ز تو پرسش مرا امید خام استاگر بر خاطر‌ت گردم تمام است

نداری دل که آیی بر کنارمو گر داری من آن طالع ندارم

نمایی کز غمت غمناکم ای جاننگویی من کدامین خاکم ای جان

اگر تو راضی‌یی کاین دل خراب استرضای دوستان جستن صواب است

تو بر من تا توانی ناز می‌سازکه تا جانم بر آید می‌کشم ناز

منم عاشق مرا غم سازگار استتو معشوقی ترا با غم چکار است؟

تو گر سازی وگرنه من برآنمکه سوزم در غمت تا می‌توانم

مرا گر نیست دیدار تو روزیتو باقی باش در عالم‌فروزی

اگر من جان دهم در مهربانیترا باید که باشد زندگانی

اگر من برنخوردم از نکوییتو برخوردار باش از خوبرویی

تو دایم مان که صحبت جاودان نیستمن ار مانم وگرنه باک از آن نیست

ز تو بی‌روزی‌ام خوانند و گویممرا آن به که من بهروز اویم

مرا گر روز و روزی رفت بر بادترا هر روز روز از روز به باد

چو بر زد باربد بر خشک رودیبدین‌ تَری که بر گفتم سرودی

دل شیرین بدان گرمی برافروختکه چون روغن چراغ عقل را سوخت

چنان فریاد کرد آن سرو آزادکزان فریاد شاه آمد به فریاد

شهنشه چون شنید آواز شیرینرسیلی کرد و شد دمساز شیرین

در آن پرده که شیرین ساختی سازهم آهنگیش کردی شه به آواز

چو شخصی کاو به کوهی راز گویدبدو کوه آن سخن را باز گوید

ازین سو مه ترانه بر کشیدهوزان سو شاه پیراهن دریده

چو از سوز دو عاشق آه برخاستصداع مطربان از راه برخاست

ملک فرمود تا شاپور حالیز جز خسرو سرا را کرد خالی

بر آن آواز خرگاهی پر از جوشسوی خرگاه شد بی‌صبر و بیهوش

در آمد در زمان شاپور هشیارگرفتش دست و گفتا جا نگه‌دار

اگر چه کار خسرو می‌شد از دستچو خود را دستگیری دید‌، بنشست

پس آنگه گفت کاین آواز دلسوزچه آواز است؟ رازش در من آموز

Nikisa od saldı şahın könlünə,Barbədin setarı su tökdü ona.

Elə ustalıqla bir hava çaldı,Nikisanın çəngi mat olub qaldı.

Sildi şah canından bütün xiləli,Zirəfkən üstündə olan qəzəli:

"Mən ki, hər günaha yüz üzr istərəm,Belə günahları əfv et, ey sənəm!

Hökmündən çıxdımsa mən bir gün əgər,Çox peşmanlıq çəkdim, yedim min zəhər

Peşmanam keçmişə, təqsir məndədir,Gəl, keç təqsirimdən, məni sevindir.

Tutaq ki, etdiyim tamam günahdır,Bununçün göz yaşım bir üzrxahdır.

Hörmətsizlik etdim, unut, amandır!..Yuxusuz qaldığım sənə əyandır.

Bu gündən baş qoyub ayağına mən,Üzümü sürtərəm torpağına mən.

Sənə yer verərəm bu sağ gözümdə,Torpağını öpər bu sol gözüm də.

Əgər can verməsəm sənə ürəkdən,İt nədir, itdən də alçaq oldum mən.

Bir salam istərdim səndən həyatda,Qapını bağladın, söndü həyat da.

Qulağım məhrumsa indi salamdan,Adın əskik olmur dilindən bir an.

Mən bu qızdırmada fəğan etmirəm,Nolar əhvalımı sorsan, ey sənəm?!

Mənə baş çəkməyin xam bir xəyaldır,Ancaq heç olmasa yadına sal bir.

Gəlməkçün qəlbimin yoxdur həycanı,Həycanı olsa da, məndə bəxt hanı?

Səninçün qoy mənə bədbəxt desinlər.Səni xoşbəxt görsəm mənimçün yetər.

İstəyirsən olsun bu qəlbim xarab,Səninlə razıyam, bax, budur cavab!

Qəmimdən qəmlisən deyirsən, ancaqSoruşmursan, canan, nədir bu torpaq?

Aşiqin ələmlə qəlbi uyuşar,Sən məşuqsan, qəmlə nə alverin var?

İstədiyin qədər naz eylə, dilbər!Canım çıxanacan nazını çəkər.

Uyuşsan da əgər, uyuşmasan da,Qəmində yanmaqdır arzum cahanda.

Eşqinin uğrunda can versəm də mən,Yaşa bu həyatda, xətər görmə sən.

Qismətim olmasa vüsalın əgər.Sən çat öz arzuna hüsnünlə, dilbər!

Mən ya sağ olsam da, ya olmasam da,Təki sən ömr elə, yaşa dünyada.

Mənim günüm, ruzum getdisə yelə,Təki sən xoşbəxt ol, məsud ömr elə!

Barbəd öz sazında dediyim kimi,Təzə hava çaldı, inlətdi simi.

Şirinin ürəyi elə dolandı,Əqlinin çırağı yağ kimi yandı.

Elə fəryad çəkdi o sərvi azad,Şah da bu fəryaddan eylədi fəryad.

Şirinin səsini eşidincə şah,Şirinə səs verib çəkdi dərin ah.

Eşidib Şirinin bu naləsini,Şah uydurdu ona qəmli səsini.

Dağa öz sirrini söyləsə bir kəs,Dağlardan qayıdar yenə eyni səs.

Nəğmə ucaldarkən o tərəfdə mah,Köynəyini cırdı bu tərəfdə şah.

İki sevgilidən fəryad ucaldı,Artıq çalğıçılar gərəksiz qaldı.

Şirin buyurdu ki: "Şapur, dayanma!Çadırda bir Xosrov qalsın, yubanma!"

Çadırdakı səsdən şah cuşa gəldi,Səbirsiz, qərarsız ora yönəldi.

Bu zaman gələrək ağıllı ŞapurƏlindən yapışıb dedi ki: "Otur!"

Ruhda qalmasa da artıq ixtiyar,Oturdu yerində böyük hökmdar.

Dedi: "Ürək yaxan bu səs nə səsdir?Bu sirri aç mənə, de, yandım, bəsdir."

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri