ÜMMÜLBANU:Can-ciyərim, getmə, aman günüdür,Çalış düşmə güzarına sərdarın.Baş götürək, gedək qürbət diyara,Yox etibar, ilqarına sərdarın.

AĞ AŞIQ ALLAHVERDİ:Gəl görüşçək, halallaşaq, ay bacım,Gedər oldum güzaraına sərdarın.Yazıq qardaşını qara qul kimi,Aparırlar bazarına sərdarın.

ÜMMÜLBANU:Sənsiz necə dözüm qəmə, möhnətə,Özümü ölddürəm düşsən qürbətə.Şeytan da əl vurmaz haram dövlətə.Od ələnsin yollarına sərdarın.

AĞ AŞIQ ALLAHVERDİ:Sultanların taxtı olaydı taraş,Xan zülümkar, ağa cəllad, bəy fərraş.Cumdum dərin ümmanlara, vurub baş,Dolamışam sim toruna sərdarın.

ÜMMÜLBANU:Yaralıyam tay-tuşumun içində,Dərdim uçur durnaların köçündə.Ümmilbanu el-obanın içində,Lənət edər məzarına sərdarın.

AĞ AŞIQ ALLAHVERDİ:Ağ Aşıq taleyi qara, bəxti kəm,İqbalıma zalım fələk baxdı kəm.Doğrananda qıyma-qıyma baxdı kəm,Ollam məlhəm azarına sərdarın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri