نکیسا چون زد این افسانه بر سازستای باربد برداشت آواز

نوا را پرده عشاق آراستدر افکند این غزل را در ره راست

مرا در کویت ای شمع نکوییفلک پای بز افکنده‌ست گویی

که گر چون گوسفندم می‌بری سربه پای خود دوم چون سگ بر آن در

دلم را می‌بری اندیشه‌ای نیستببر کز بیدلی به پیشه‌ای نیست

تنی کو بار این دل بر نتابدبسر باری غم دلبر نتابد

چو در خدمت نباشد شخص رنجورنباید دل که از خدمت بود دور

بسی کوشم که دل بردارم از توکه بس رونق ندارد کارم از تو

نه بتوان دل ز کارت بر گرفتننه از دل نیز بارت برگرفتن

بدان‌جان کز چنین صد جان فزون استکه جانم بی‌تو در غرقاب خون است

بدان چشم سیه کاهوشکار استکز آهوی تو چشمم را غبار است

فرو ماندم ز تو خالی و نومیدچو ذره کو جدا ماند ز خورشید

جدا گشتم ز تو رنجور و تنهاچو ماهی کو جدا ماند ز دریا

مدارم بیش ازین چون ماه در میغتو دانی و سر اینک تاج یا تیغ

چو در ملک جمالت تازه شد رایعنایت را مثالی تازه فرمای

پس از عمری که کردم دیده جایتکم از یک شب که بوسم جای پایت

چنان دان گر لبم پر خنده داریکه بی شک مرده‌ای را زنده‌داری

به بوسی بر فروز افسرده‌ای رابه بویی زنده گردان مرده‌ای را

مرا فرخ بود روی تو دیدنمبارک باشد آوازت شنیدن

خلاف آن شد که از چشمم نهانیچو از چشم بد آب زندگانی

خدایی کافرینش کردهٔ اوستز تن تا جان پدید آوردهٔ اوست

امیدم هست کز روی تو دلسوزبه‌روز آرد شبم را هم یکی روز

چو شیرین دست‌بُرد باربد دیدز دست عشق‌، خود را کار بد دید

نوایی بر کشید از سینه تنگبه چنگی داد کاین در ساز در چنگ

بزن راهی که شه بیراه گرددمگر کاین داوری کوتاه گردد

Nikisanın sözü sona yetirkən,Barbədin setarı səsləndi birdən.

İsfahan pərdəsi başladı nəva,Oxudu eşq ilə bir gözəl hava:

"Deyəsən kuyində mənə, ey mələk,Bir keçi ayağı atmışdır fələk.

Kəssən qoyun kimi başımı yenə,Gələrəm it kimi sənin kuyinə.

Alırsan qəlbimi, al, get, nə olar?Aşiqlikdən yaxşı bir peşəmi var?

Hanı o bədən ki, dözə bu dərdə,Baş könül qəmini çəkərmi bir də?

Qulluq eləməkçün xəstə yararmı?Bu xəstə qəlbimin lüzumu varmı?

Çox çalışdım alım bu qəlbi səndən,Səndən bircə xoş gün görməmişəm mən.

Nə sənin işindən ayrılmaq mümkün,Nə qəlbimdən gedir bu ağır yükün.

Qəsəm o cana ki, yüz mənə dəyər,Sənsiz canım qanda boğulub gedər.

O ceyran ovlayan gözlərin canı,Gözümə toz tökür gözün ceyranı.

Günəşdən ayrılan bir zərrə kimiSəndən ayrılmışam, eşit dərdimi!

Bir balıqtək kənar düşdüm dənizdən,Yalqızam, xəstəyəm səndən ayrı mən.

Buludda qaldığın aytək bəs deyil?Bu başım, bu qılınc, bu tac, özün bil.

Hüsn elində yeni bir rəy yarandı,Bir yeni fərman ver, tez ol, amandı!..

Əlli-altmış illik ömrün var, ancaq,Nə lazım bu ömrə yüz düyün vurmaq?

Yerin gözüm oldu sənin bütün il,Vüsal gecəsindən o qısadır, bil!

Əgər dodağıma gülüş bəxş etsən,Bir ölü diriltdin güman eylə sən.

Donmuşu busənlə isit, aman ver,Ölüyə ətrinlə həyat ver, can ver.

Uğurludur mənə üzünü görmək,Səsini eşitsəm olar mübarək.

Pis gözdən gizlənən abi-həyattəkMəndən yayınmısan, bu nəyə gərək?

Bütün məxluqatı xəlq edən allah,Bədəndə həyatı xəlq edən allah

O ürək yandıran üzünlə bir günDöndərər gündüzə gecəmi bütün."

Barbəddə sənəti gördüyü zaman,Şirin duydu: yoxdur sevgidən aman.

Təngimiş qəlbindən bir ah çəkərəkNikisaya dedi: "Belə çal görək.

Bir hava çal ki, şah azsın yolunu,Bəlkə bu qovğanın yetişə sonu."

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri