Hər şeyimiz qaydasında,Hər işimiz düz.Kimin şəkki-şübhəsi var?Nə söhbət, nə söz?!Yerbəyerdi, cabəcadıHər növrağımız,ÇatışmırdıBircə saqqal darağımızÖlüm hökmü ləğv edildiDiyarımızda.Bəli, bircə bu çatmırdıRüzgarımızda.Yetimimiz-yesirimizÇadırlarda, vaqonlardaƏsirdən pis əsrimiz...

Bunun dəxli yox özgəyəSözməsəli lap özgəyə...Bəs necə biz insanpərvərMillətik canım.Toyda-vayda,Sağlıq üstə,Söz üstündə,SifarişliRəqs üstündəCəhənnəmə tökülsün qanım.Ölüm hökmü vəhşilikdirƏlbət ki, əlbət.Sən özünü ən mədəniMillətlərə qat.Lap onunu tikə-tikəDoğrasın biriDəxli yoxdur,ArxayındırNə gülləsi, nə də kəndiriAvropanın ŞurasındaQərbin ora-burasında

Ucalaq təki,BMT-nin gözlərindəUcalaq təki,Kitabında-dəftərindəUcalaq təki.Gör nə qədər ucu itmişKələfimiz var.Əlil-zəlil, çolma-çocuqXələfimiz var...Gör nə qədər düyünümüzHələ açılmır.Milyon qaçqın ürəyinəŞəfəq saçılmır.Aç əlini, aç qolunuNeçə azğınınBalasına həris oğraş -Neçə qızğınınÖlüm hökmü nəyə lazım,Hədərdi hədər.Ölümsüz də, hökümsüz dəArtır canilərAyıb deyil,

Həm də bizə nə deyər bəşər?!Deməzlər ki:Əşşi, günün-günorta çağıBaşlayınız:Güllələyib, kəsib-asmağı!Bas belinə beş il, on il-Gedib uyusun,Gedib yatıbBeyni-başı bir az soyusunBuraxılıb çıxsın cövlana,Əllərini qoy təzədənBatırsın qana.

Hər şeyimiz qaydasında,Gözəl, yerbəyer.Bir o qalıbQatillərə sən qol-qanad ver.Adını qoy insanpərvər-Kövrək bir ad ver.

25 oktyabr 1999

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri