Terek qanlı fərat olub...
İnanmıram sən bu qanıYerdə qoyasan.Millətini lap ümidsizDarda qoyasan.Yurdun-yuvan gözgörəsiYer ilə yeksanYerlə yeksan cəlalınlaAy allah, təksən.Zəlzələlər zəlzələsiTorpağın - daşın.
Qırılırsan tökülürsənƏyilmir başın.Axı sənnən nə istəyirSarı əjdaha.Tarixlərdə əli qanlıQarı əjdaha.Harayına heç kim gəlmirBəlalı Çeçen.Şeyx Şamilin,Şeyx mansurunXəyalı Çeçen.Soyuqqanlı-soyuqqanlıNahaq baxırıq.Baxa-baxa, işləyirikGünah - baxırıq.Arxayın ol, geci-teziBizimçün də var,Bu mərəkə, bu “toy büsat”,Bu qanlı mağar...Qış fəslində imdad dilərBu saat ÇeçenBu saat qan dəryasında
Bathabat Çeçen...Ümidini bağlayıbdırBorana-qara,
Etibarlı səngərlərə-Sirli dağlara.Məmə deyən, -Pəpə yeyənPartizan olur.Öz qanına boyandıqcaNəsimi kimi -Bir ovuc xalq qundağacanQəhrəman olur.Şəhidliyin min səbəbiBircə adı var.Terek çayı fərat çayıOlubdur bu gün.Şanlı Çeçen qardaşımınŞəhidliyindəBu gün şəhid imam hüseynEtiqadı var.
23 oktyabr 1999
Kitabxana.az · https://kitabxana.az/works/qabil-terek-qanli-ferat-olub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Könlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
TövbənaməSənə zahirdir, ey Hayy, xəbirü dana,Olsa hər mazi və müstəqbil və məxfi peyda,
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Könül mürğü səri-zülfündə, ey gül, aşiyan tutmuşKönül mürğü səri-zülfündə, ey gül, aşiyan tutmuş,Əcəb naəmn mənzildə məkan ol natəvan tutmuş.