Kamın al
Səy göstərib bu meydana çıxanda,Məclislərdən, toy-büsatdan kamın al.Çal-çağır, yaz-yarat, elə xidmət et,Nəcib dolan, xoş büsatdan kamın al.
Dildə duva gəzdir, öldür şeytanı,Bihudə əmələ sərf etmə canı.Vermə əldən mərifəti, imanı,Düz peyman yaradan dostdan kamın al.
Aşıq Bilal, nə uymusan dünyaya?Tədarük gör, köç vaxtında üqbaya.Sağsan, baş çək doğmaılara, obaya,Gəl doyunca bu həyatdan kamın al.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-mirze-bilal-kamin-al
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey yar vəfadarım,Didarına müştaqəm,
Can bülbülü olmuş zəğəni-nəfsə giriftarCan bülbülü olmuş zəğəni-nəfsə giriftar,Daim qəfəsi-sinədə eylər ona azar.
Talıb bəy VəzirovaAyırdın mənə, Talib, ki, əzən xub oldun,Nəzəri-mərhəmətü lütfilə mərğub oldun.
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,