Aşıq, gəl bir söz yazanda,Zidininə get sətir-sətir.El sənə əhsən söyləsin,Kəlamından yağsın ətir.

Qış xislətin qoy qırağa,Çox meyl etmə ağlamağa.İldırım çax yağa-yağa,Bahardan müjdələr gətir.

Kəsə et sözü mənalı,Bəzən düzlu, müəmmalı.“Pətəyində” beçə balı,Cana şəfa kimi yetir.

Hər çiçəkdə şirə axtar,Ürəyində yansın odlar.Çox uzatma, həcvə çıxar,Bilal, qısa elə, bitir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar