Bu dünyada heç şad olub gülmədim,Hər vaxt işim ahu-zara yetişdi.Mənsur cəhd elədi murada yetə,Axırda Hələbdə dara yetişdi.

Ağladım gözlərim qan ilə doldu,Dost-müsahib tamam mənnən yad oldu,Bağ pozuldu, xəzan oldu, gül soldu,Bülbül öldü, qönçə xara yetişdi.

Sarvan ollam, qəm ovsarı çəkərəm,Hicrana müştaam, dərdə nökərəm,Ah çəkərəm, verəm yükün tökərəm,Görən deyər Alı vara yetişdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar