Hər kim dərs alacaq, gəlsin dərs alsm,Sinəmin dəftərin açıb gedirəm.Bir quş idim, qalmış idim yuvada,Daha durmayıban uçub gedirəm.

Necə oldu atam, necoldu anam.Pozuldu hasarım, yıxıldı qalam.Yüklənibdi qəflə-qatır, barxanam,Fənadan üqbaya köçüb gedirəm.

Bu sözlərlə budu demək qəsdimdə,Əməlimi verib budu dəstimdə,Qohum-qardaş, ulus tamam üstümdə,Əcəl şərbətini içib gedirəm.

Aşıq Alı minib səcərdər atı,Üzümə oxunur canım baratı.Qıldan da nazikdir, qılıncdan iti,Sirat körpüsünü keçib gedirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri