Yarsız yenə qan ağlarım dəmadəm,Kəsilibdi səbri-qararım, getdi.Bir kimsənə əlac etməz dərdimə,Yoxdu, ləbi-məlhəm maralım, getdi.

Ahi əfqanımda kara gəlmədi,Neçə tor qurdumsa, tora gəlmədi,Salıbdı cismimi nara, gəlmədi,Sədaqət oxundan yaralım getdi.

Düşdü Məcnunundan aralı Leyli,Kərəm oda yandı, Əslidə meyli.Alı giryan qaldı, yardan gileyli,Köç etdi ceyranım, maralım getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq