Çox-çox salam dua qohum qardaşa,Biləsiniz Alı-Osmana gedirəm.Bir dilək dilədim şahlar şahından,Sığınmışam o sübhana gedirəm.

Alışır sinəmdə qəmli atəşim,Düşəndə yadıma dostum, sırdaşım,Gözləsin yolumu yarım, yoldaşım,Sizə verib bir nişana gedirəm.

Aşıq Alı gəzər İrani-Turan,Uğruma açıqdı tamam hər bir yan.Mənə qardaş oldu Aşıq Duraxan,Yoldaş olub gövhərkana gedirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri