Bir lövhə
İştə səksən yaşında beli bükük bir qadınAylar, illər bilmədən qırmış qolun, qanadın.Zaman çəkmiş canına gözlərinin nurunu,Ömrü almış əlindən qəlbinin sürurunu.Vücudunun son bahar yaprağından fərqi yox,Dodağında bir gülüş, bir qaynayan şərqi yox.Çöhrəsində pərişan buludların var əksi,Əllərində sərinlik- bir məzar hədiyyəsi.Əmmiş uzun illərin baharını, qışını,Məclislərin bulunmuş nəşəsində, qəmində,Bürümüş ən nəhayət kölgələr baxışını,İndi gəzər xəyalı məzarlıq aləmində.O yenə yaşamaqdan bıqmamış, usanmamış,O yorğun, o ziyasız, o qüvvətsiz, o qamışVücudilə yenə də ömr sürmək istiyor,“Ah, nə olur bir az da gözlərim görsə!...” diyor,Ey hənuz gəncliyimin dəmlərini yaşıyan,Qəlbində gur dalğalı çağlayanlar daşıyan,O səksən yaşlı qadın yaşamaq istiyorkənBilməm neçin həyatdan uzaqlaşmadasın sən?
Kitabxana.az · https://kitabxana.az/works/musfiq-bir-lovhe
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əsrlərcə şərqlilərə kəsildin acı,Sən ey vəhşi, sən ey azğın imperyalizm!
Yadıma düşdüKeçən günlərimi vərəqləyirkənSevdalı dillərin yadıma düşdü.
YarışHər kəsin əlində beşillik bir plan,Hər yerdə başlamış diqqətli axtarış.
Yarış (Mikayıl Müşfiq)Bu arzu göylərdən enmədi, yahu,Makina əsrinin fərmanıdır bu.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
BülbüllərinənXara qismət oldu güllər,Sən ağla bülbüllərinən.
Yetişib müjdeyi-canbəxş ki, canan gəliriYetişib müjdeyi-canbəxş ki, canan gəliriCanibi-gülşənə ol sərvi-xuraman gəliri.
Gör, haraya göndərirəm mən səni, ey badi-səhərGet, o vəfa günəşinə tez yaxınlaş sən birtəhər.