Hər tərəfdə sovuq, hər tərəfdə qar,Yığılmış çillənin can boğazına.Axşamkı fırtına, axşamkı ruzgarDüşmüş nağıl kimi xalqın ağzına.Hər şey susqun kimi, hər şey lal kimi,Budur, sevdiyimiz yaz yaxındadır,Yaşıl mənzərələr bir xəyal kimiİndidən gözümün qabağındadır.Toxunub qarlara günəşin əli,Çağlarkən bir sabah sular nəşəli,Qopdu hər tərəfdən yaza alqışlar.Sən də atsan mənə isti bir baxış,Əriyib qəlbimdə bu hicran, bu qışSənə dəmət-dəmət güllər bağışlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri