Baxışın qəlbimi incitmişdir;Bu baxışdan, bu duruşdan əl çək.Bir də baxsan mənə, iş bitmişdir;Bir də baxsan mənə, fikrim dönəcək.

Yenidən uyğusu qaçmış gecələr,Sevgilər, fırtınalar başlanacaq.Ayrılıqlar, qarışıq bilməcələr...Yanacaq sıtmalı ruhum, yanacaq!

Bu baxışdan, bu duruşdan əl çək!Yoxsa könlümdəki qızğın şimşəkÜstünə od sovurar hər yerdən.

Orda dur, burda dayan, hey bəklə,Səni tale günəşim güdməkləKeçməsin qorxulu vadilərdən.

-1936*

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri