İləri,Bakının zərbəçi ərləri!İləri, yeni neft planıSarsıtsın cahanı!İləri, yeni ruh, yeni can,Bu uzun həyəcanBakıyı qaplasın,Qəhrəman divləri bir yerə toplasın!

Ey işçi, sən necə saqlısan buruqda,bu ruhdaMən dəxi şeirimdə saqlıyım.Qoy məni tanıyan şeirimdən tanısın,Ey şeirim, sən mənim işimin canısın.

Gediriz.Gediriz.

Getməyir, uçuruz.Uçuruz.

Uçmayıb, bir şimşək olub da çaxırız,Axırız-axırız!Keçmişin üzünə sillələr vuraraq axırız.Möhtəşəm yarını quraraq axırız.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri